Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının tapılması üçün mükafatın məbləği artırılıb

0 6

Bakı. Trend:

İtkin düşmüş Hindistan vətəndaşının tapılması üçün mükafatın
məbləği artırılıb.

Hindistanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu barədə
itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin qardaşı
Dharan Kondaveeti deyib.

“Nəzərinizə çatdırırıq ki, qardaşım Manikanth Kondaveeti 13 may
2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb. Biz onunla
sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha
sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan
məlumat ala bilməyib.

Biz Polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərdik,
lakin onunla bağlı heç bir məlumat əldə edə bilmədik.

Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz
qardaşımı tapan şəxsə 25000 manat Pul Mükafatı verəcəyimizi
bildirmək istəyirik.

Qaydalar və Şərtlər:

1) Zəhmət olmasa nəzərə alın ki, bu mükafat yekun məbləğdir və
onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada
bölünəcək.

2) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin yeri ilə
bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq
ediləcək.

3) Zəhmət olmasa nəzərə alın ki, biz heç bir şəxsi hər hansı
ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə
götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.

4) Zəhmət olmasa nəzərə alın ki, pul mükafatı ancaq itkin düşən
şəxs sağ-salamat tapıldığı halda veriləcək.

5) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin harada
olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə
mükafatlandırılacaq.

6) Zəhmət olmasa nəzərə alın ki, biz, bu şərtləri pozan hər kəsə
mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq.

İstinad üçün itkin düşən şəxsin əlavədəki şəkillərinə baxa
bilərsiniz”.

Leave A Reply

Your email address will not be published.