Əmək Məcəlləsinə sahibkar-işçi münasibətləri ilə bağlı dəyişikliklər təklif edilir

0 2

Bakı. Trend:

Hazırda xüsusilə pandemiyadan sonra əmək münasibətlərində ciddi
transformasiya baş verib, bir sıra istiqamətlər üzrə yeni
çağırışlar ortaya çıxıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayev deyib.

O bildirib ki, Əmək Məcəlləsinə işəgötürənlə işçi arasında
balansı təmin etmək niyyəti daşıyan 174 dəyişiklik hazırlanıb və
hökumətə təklif edilib.

«Bu dəyişikliklərin cari ildə qəbul edilməsinə ümid edirəm.
Çalışırıq ki, işəgötürənlə işçi arasında düzgün balansı
formalaşdıraq. Düşünürəm ki, yeni proqramlar çərçivəsində bu
uzlaşmanı daha da genişləndirə biləcəyik. Məqsədimiz məhsuldar
əməyin artırılması, işçilərin sosial rifahının təmin olunmasıdır»,
— nazir bildirib.

Leave A Reply

Your email address will not be published.