Ən çox üstünlük verilən bağ evləri bunlardır

0 2

Bakı. Trend:

Yay tətili mövsümünün başlaması ilə əlaqədar Bakıətrafı
kəndlərdə, dənizə yaxın ərazilərdə bağ evlərinə tələbat artır.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Elnur Azadov
deyib.

Onun sözlərinə görə, hazırda dənizkənarı yerlərdə ən bahalı
torpaq və kirayəlik evlər Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və
Novxanıdadır.

«Ən çox üstünlük verilən bağ evləri həyətində hovuzu olanlardır.
Belə evlərin ikiaylıq kirayəsi təmirindən, otaq sayından aslı
olaraq yay mövsümündə azı 3 500 manatdan yuxarı olur. Həyətində
hovuzu olan evin qiyməti həmişə bahadır», — o bildirib.

Elnur Azadov qeyd edib ki, ötən il Abşeron çimərliklərinin
yaxınlığındakı bağlara tələb dəfələrlə çoxalmışdı. Belə ki,
gücləndirilən karantin məhdudiyyətləri insanları şəhər
mənzillərindən kınay yerlərə getməyə məcbur edirdi.

«Çimərlik istirahətinə və bağ evlərinin kirayələrinə olan
marağın kəskin şəkildə artması orada daşınmaz əmlak tikintisində də
sürətli artıma səbəb oldu. Bu bazarın mütəxəssislərinin dediklərinə
görə, yuxarıda göstərilən meyillər fonunda tikinti üçün torpaq
sahələrinə maraq artdı və sahil zonasındakı evlər çoxaldı. Bu kimi
reallıqlara təklifin artması səbəb olmuşdu, lakin cari mövsümdə
vəziyyət ötənilki kimi deyil», — deyə ekspert bildirib.

Leave A Reply

Your email address will not be published.