Ərdoğan və BMT-nin baş katibi Ukraynadakı vəziyyəti müzakirə ediblər

0 3

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi
Antonio Quterreşlə telefon danışığı aparıb.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının
Kommunikasiya İdarəsindən bildiriblər.

Məlumata əsasən, Ukrayna böhranının həlli ilə bağlı təşəbbüslər
müzakirə olunub.

Türkiyə dövlətinin başçısı qeyd edib ki, Ankara tərəfləri sülh
danışıqlarını bərpa etməyə və diplomatiya yolu ilə müharibəyə son
qoymağa çağırmaqda davam edir.

R.T.Ərdoğan bildirib ki, qlobal ərzaq böhranının qarşısının
alınmasına töhfə verəcək Ukrayna taxılının Qara dəniz vasitəsilə
ixracı üçün birgə səylər davam etdirilir.

Leave A Reply

Your email address will not be published.