Ərzaq qiymətlərinin artması ilə bağlı əlavə xərclərin maliyyələşdirilməsinə vəsait ayrılacaq – Samir Şərifov

0 5

Bakı. Trend:

Bu ilin dövlət büdcəsində ərzaq məhsullarının qiymətlərinin
artması ilə əlaqədar əlavə xərclərin maliyyələşdirilməsinə vəsait
ayrılacaq.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi
haqqında” qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, ərzaq məhsullarının qiymətlərində artımla
əlaqədar əlavə xərclərin (193,0 milyon manat) maliyyələşdirilməsinə
2072,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Leave A Reply

Your email address will not be published.