16 kiloqram narkotiki qəbiristanlıqda gizlədən şəxs saxlanılıb (FOTO/VİDEO)

0 4

Bakı. Trend:

Paytaxtın Xətai rayonunda narkotik vasitələrin qanunsuz
dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam
etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rayon
Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti
əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər
məhkum edilmiş Mövsüm Aslanov saxlanılıb.

Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu
ərazisində yerləşən qəbirstanlıqlardan birində torpağın altında
gizlətdiyi yerdən ümumi çəkisi 16 kiloqram olan marixuana aşkar
olunub. Qeyd edilən faktla əlaqədar İdarənin İstintaq Şöbəsində
cinayət işi başlanılıb. Mövsüm Aslanov barəsində məhkəmə tərəfindən
həbs qətimkan tədbiri seçilib.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis
əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Leave A Reply

Your email address will not be published.