2022-ci ilin dövlət büdcəsinə dəyişiklikər Milli Məclisin plenar iclasına tövsiyə edilib

0 19

Bakı. Trend:

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət
büdcəsi haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən Azərbaycan
Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri 8
faizdən çox artırılır.

2022-ci il üzrə yenidən baxılmış dövlət büdcəsinin gəlirləri
29197,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş
göstəriciyə nisbətən 2381,8 milyon manat və ya 8,9 faiz çoxdur.

Belə ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin
gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat
(o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat,
yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri
31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat)
məbləğində təsdiq edilir.

Dəyişikliklər müzakirələrdən sonra Milli Məclisin plenar
iclasına tövsiyə edilib.

Leave A Reply

Your email address will not be published.