ABŞ Azərbaycanın məcburi köçkün icmalarına öz evlərinə qayıtmaq üçün yardım göstərir – Səfir

0 4

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Ümümdünya Qaçqınlar
Günü ilə bağlı bəyanat yayıb.

Səfirlikdən Trend-ə verilən xəbərə görə, bəyanatda deyilir:

“Tarixdə ilk dəfə olaraq, münaqişə, zorakılıq, insan haqlarının
pozulması və təqiblərdən qaçmağa məcbur qalan insanların sayı son
zamanlarda 100 milyonu ötüb. Bu say dünya əhalisinin 1%-dən çoxunu
təşkil edir. Təkcə bu il, Ukraynada müharibə səkkiz milyon insanın
ölkədən didərgin düşməsinə və 6.8 milyondan artıq insanın qaçqın
kimi ölkəni tərk etməsinə səbəb olmuşdur.

Çoxları Azərbaycanda münaqişə zəminində insanların üzləşdiyi
əziyyəti və məcburi köçkünlər icmasının məruz qaldığı çətinlikləri
yaxşı bilirlər.

Amerika Birləşmiş Ştatları bütün dünyada yardıma ehtiyacı olan
insanlara, o cümlədən qaçqınlara, münaqişə qurbanlarına, məcburi
köçkünlərə, vətəndaşlığı olmayan şəxslərə və həssas miqrantlara ən
çox humanitar yardım göstərən yeganə ölkədir. Bundan əlavə, Amerika
Birləşmiş Ştatları 1975-ci ildən etibarən, ölkə daxili icmalarda
3.5 milyondan çox qaçqını qəbul edən dünya lideridir.

Burada, Azərbaycanda, biz məcburi köçkün icmasına sərmayə
qoyuruq və onları dəstəkləyirik. On ildən artıqdır ki, biz ingilis
dili proqramları eləcə də, USAID-in inkişaf tədbirləri vasitəsilə
məcburi köçkün icmasına sərmayə qoymuşuq. Köçürülmə işləri davam
etdikcə biz bu icmanı dəstəkləməyə davam edirik və bu iş daha da
vacibdir.

Birləşmiş Ştatlar məcburi köçkünlər və qaçqınlar da daxil
olmaqla bütün köçkünlərin bütün dünyada könüllü olaraq keçmiş
yaşayış yerlərinə qayıtmaq hüquqlarını dəstəkləyir. Birləşmiş
Ştatlar 1992-ci ildən bəri Azərbaycanda məcburi köçkünlərə 125
milyon dollardan çox yardım edib və bu icmaya dəstək vermək
öhdəliyinə sadiq qalır. Uşaqlar üçün olan bu ünvanlı yardıma
məktəblərin tikilməsi və təmiri, gənclərin inkişafı proqramları və
məcburi köçkün icmalarına ingilis dili proqramları daxildir. Bundan
əlavə, Birləşmiş Ştatlar Azərbaycanın insan təhlükəsizliyini
gücləndirmək və məcburi köçkün icmalarına öz evlərinə qayıtmaq və
həyatlarını təhlükəsiz şəkildə bərpa etmək səylərinə kömək etmək
üçün Azərbaycana humanitar minatəmizləmə yardımı göstərir.
Keçən payızda Gəncədə olarkən mən Səfirliyin dəstəyi ilə Amerika
guşəsində ingilis dilini öyrənən gənc məcburi köçkün tələbələrin
ilhamverici qrupu ilə görüşdüm. Bu gün, Ümumdünya Qaçqınlar Günündə
mən onları və onların gələcəyini düşünürəm. Ümid edirəm ki, biz
hamımız qaçqınların, məcburi köçkünlərin və münaqişə və fəlakətdən
zərər çəkmiş icmaların müdafiəsi və yardımı üçün müdafiəni davam
etdirə bilərik”.

Leave A Reply

Your email address will not be published.