ABŞ-ın paytaxtında atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

0 2

Bakı. Trend:

Bazar günü gecə saatlarında Vaşinqtonda (Kolumbiya dairəsi)
atışma nəticəsində bir yeniyetmə ölüb, biri polis məmuru olmaqla üç
nəfər yaralanıb.

Trend xəbər
verir ki, bu barədə «ABC News» telekanalı məlumat yayıb.

Atışma səhərin şimal-qərbində 14-cü və U küçələrinin
yaxınlığında, mağazalar, restoranlar və barların olduğu ərazidə baş
verib.

Yerli polisin məlumatına görə, 15 yaşlı oğlan aldığı güllə
yaraları nəticəsində hadisə yerində ölüb, daha üç nəfər yaralanıb.
Onlardan biri polis zabitidir.

Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Leave A Reply

Your email address will not be published.