Abşeronda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub

0 3

Bakı. Trend:

Abşeronda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş
verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən
xəbərə görə, iyunun 19-da saat 22 radələrində Abşeron rayonunun
Müşfiq qəsəbəsi ərazisində Pirəkəşkül kənd sakini Babək Məmmədovun
idarə etdiyi “Opel” və Şamaxı rayon sakini Q.Babayevin idarə etdiyi
“KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə Babək Məmmədov və
sərnişini Samilə Məmmədova hadisə yerində ölüblər.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma
aparılır.

Leave A Reply

Your email address will not be published.