AccessBank-da yeni idarəedici komanda (R)

0 8

Bakı. Trend:

AccessBank-da yeni idarəedici komanda fəaliyyətə başlayıb.
Bankın İdarə Heyətinin Sədri Davit Tsiklaurinin rəhbərliyi ilə
qurulan komanda Ramin Hüseynov, Orxan İsmayılov, Zəhra Zeynalova,
İlkin Quliyev və Renat Hümbətovdan ibarətdir. Yeni idarəedici
komandanın səlahiyyət və öhdəlikləri aşağıdaki kimi formalaşıb:

  • Ramin Hüseynov – Baş Maliyyə İnzibatçısı
  • Orxan İsmayılov – Baş risk inzibatçısı
  • Zəhra Zeynalova – Əməliyyatlar üzrə baş inzibatçı
  • İlkin Quliyev – Pərakəndə və Korporativ bankçılıq
  • Renat Hümbətov – KOB bankçılıq

Yeni idarəedici komandanın üzvləri AccessBank və ölkənin digər
aparıcı banklarında 15 ilə yaxın təcrübəyə malik olmaqla yanaşı,
eyni zamanda nüfuzlu universitetlərin (Corc Vaşinqton, Nyukasl
Biznes, Nyu York və s.) məzunlarıdır.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq,
2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın
səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya
Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və
qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29
filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə
mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına, və ya bankın
sosial şəbəkələrdə
(Facebook,
Instagram,
LinkedIn)
hesablarına daxil olmaq olar.



Leave A Reply

Your email address will not be published.