Bakı. Trend:
Prezident İlham Əliyev Ağstafa rayonunun
Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir ki, dörd min nəfər əhalinin yaşadığı 2
yaşayış məntəqəsini birləşdirən Ağstafa–Poylu–Gürcüstanla dövlət
sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan
vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin
2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə
maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etmək tapşırılıb.