Almaniya kansleri Aİ-ni genişlənməyə hazır olmağa çağırıb

0 2

Bakı. Trend:

Almaniya kansleri Olaf Şolts, o cümlədən daha da genişlənmək
məqsədilə Aİ-ni qərar qəbuletmə mexanizmlərini modernləşdirməyə
çağırıb.

Trend xəbər
verir ki, bu barədə Almaniya lideri “DPA” agentliyinə bildirib.

“Avropa İttifaqı genişlənməyə hazırlaşmalıdır. Bunun üçün o, öz
strukturlarını və qərar qəbuletmə proseslərini modernləşdirməlidir.
Bu gün həll edilməli olan məsələlərlə bağlı yekdil qərarlar qəbul
etmək həmişə mümkün olmayacaq. Biz bunu Aİ sammitində bir çox başqa
mövzularla birlikdə müzakirə etməliyik”, – O.Şolts qeyd edib.

Kansler həmçinin bildirib ki, 20 il əvvəl namizəd olmuş ölkələrə
ittifaqa qoşulmaq üçün “konkret” hərəkətlər təklif etmək lazımdır.
Əks halda belə bir təəssürat yaranacaq ki, bu status heç nəyə
gətirib çıxarmır.

Avropa Komissiyasının kollegiyası Avropa Şurasına Ukraynaya
ittifaqa üzv olmaq üçün namizəd statusunun verilməsini tövsiyə
edib. İyunun 23-24-də keçiriləcək Aİ sammitinin iştirakçıları
Ukraynaya bu statusun verilməsinə razılıq versələr, o zaman Kiyev
Avropa Birliyinə daxil olmaq üzrə danışıqlara başlamaq üçün bir
sıra islahatlar aparmalı olacaq.

Leave A Reply

Your email address will not be published.