Almaniya ölkənin “yaşıl” keçiddən imtina etməyə məcbur olduğunu etiraf edib

0 4

Bakı. Trend:

Almaniyanın qaz anbarlarında lazımi ehtiyatların olmaması
səbəbindən kömürlə işləyən elektrik stansiyalarını yenidən şəbəkəyə
qoşmaq, beləliklə də “yaşıl” keçiddən müvəqqəti imtina etmək
lazımdır.

Trend yerli
“ZDF” telekanalına istinadla xəbər verir ki, bunu Almaniyanın
“Alyans 90/Yaşıllar” partiyasından olan iqtisadiyyat naziri Robert
Habek bildirib.

Onun sözlərinə görə, ölkə hazırda qazdan çox asılı
vəziyyətdədir. Ona görə də görülən tədbirlər, mərhələli addımlar
düzgün addımlardır.

“Hazırda kömürlə işləyən elektrik stansiyaları gələn qışda
enerji ilə təmin etmək üçün yeganə variantdır və mövcud atom
elektrik stansiyaları nüvə yanacağı qıtlığı səbəbindən gələn yaya
qədər ölkənin enerji təhlükəsizliyinə töhfə verə bilməyəcək”, –
nazir qeyd edib.

Leave A Reply

Your email address will not be published.