Avstraliyada koronavirusa real yoluxma sayı rəsmi rəqəmləri iki dəfə üstələyir — Hesabat

0 2

Bakı. Trend:

2021-ci ilin dekabrından 2022-ci ilin fevralınadək Avstraliyada
4 milyon nəfər koronavirusa yoluxub ki, bu da rəsmi rəqəmlərdən
təxminən iki dəfə çoxdur.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Epidemioloji Nəzarət və
İmmunizasiya üzrə Milli Tədqiqat Mərkəzinin hesabatında
deyilir.

Qeyd olunub ki, təkcə fevral ayında avstraliyalıların 17 faizi
COVID-19-un «omikron» ştammına yoluxub. Bundan başqa, hesabatda
göstərilir ki, virusa yoluxanların real sayı bu günədək məlum
deyil.

Rəsmi statistikaya əsasən, Avstraliyada bu günə qədər 7,7 milyon
yoluxma qeydə alınıb, 9 268 nəfər həyatını itirib.

Leave A Reply

Your email address will not be published.