Azərbaycan dili üzrə imtahanın nəticələri elan olunub

0 8

Bakı. Trend:

Məlum olduğu kimi, 2022-ci il 12 iyun tarixində Dövlət İmtahan
Mərkəzi tərəfindən hər hansı səbəbdən buraxılış imtahanı
çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil
səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili
imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta
ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin
mayın 8-də keçirilən imtahanda iştirak edib “qeyri-məqbul” qiymət
alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili
(dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan nəticələri iyunun
20-də saat 17:36-dan etibarən DİM-in internet səhifəsində yerləşdirilib. Şagirdlər 8
rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən
(və ya FİN kodundan), abituriyentlər şəxsi kabinetinin istifadəçi
adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab
vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq
tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola
bilərlər.Ad – 00:10

İmtahanda iştirakı nəzərdə tutulan 1155 nəfərdən 117 nəfər
imtahana gəlməyib.

Şagirdlərin imtahanda toplaya biləcəkləri maksimum bal 100
baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə
yazılacaq.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını
Azərbaycan dilindən fərqli dildə verən cari və əvvəlki illərin
abituriyentləri isə imtahanda 30 bal toplaya bilərlər.
Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az
olmamalıdır.

İyunun 12-də keçirilən imtahan nəticələri ilə bağlı müraciətlərə
baxılması üçün DİM tərəfindən 22 iyun 2022‑ci il tarixindən
etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə)
apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il
21-23 iyun tarixlərində DİM-in internet saytında yerləşdirilən
elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən
müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün
müraciət edə bilməyəcəklər.

Leave A Reply

Your email address will not be published.