Azərbaycan Dünya Bankının dəstəyi ilə büdcə prosesinin təkmilləşdirilməsi üzrə islahatlar keçirir

0 3

Bakı. Trend:

Azərbaycanda Dünya Bankının və İsveçrənin İqtisadi Məsələlər
üzrə Dövlət Katibliyinin dəstəyi ilə büdcə prosesinin
təkmilləşdirilməsi üzrə islahatlar keçirilir.

Trend bu barədə
Dünya Bankına istinadən məlumat verir.

“Bu proqramın məqsədi Azərbaycanda səmərəliliyin yüksəldilməsi
və dövlət xərclərinin şəffaflığı, eləcə də özəl sektorun
inkişafının stimullaşdırılmasıdır”, — deyə Dünya Bankından
bildiriblər.

İslahatların həyata keçirildiyi ortamüddətli xərc çərçivəsinin
proqnozlaşdırılması proqramı dövlət maliyyəsinin idarə olunması ilə
əlaqəli bir neçə istiqamətə yönəlib.

Birinci komponent siyasətin, büdcə planlaşdırmasının və
prioritetlərin müəyyənləşdirilməsinin əlaqələndirilməsi üçün
makroiqtisadi hədəfləri müəyyən edir ki, bu da makroiqtisadi
sabitliyi, dövlət maliyyəsinin dayanıqlığını artıracaq və dövlət
xərclərinə daha strateji diqqəti təmin edəcək.

İkinci komponent dövlət investisiya proqramının ölkənin
tələbatları ilə strateji əlaqələndirilməsinin təkmilləşdirilməsində
İqtisadiyyat Nazirliyinə dəstəyi nəzərdə tutur.

Üçüncü komponent xərc çərçivəsinin proqnozlaşdırılması proqramı
ilə bağlı qanunların və normativ aktların reallaşdırılması üçün
potensialın artırılmasına diqqətin yönəldilməsi yolu ilə büdcənin
təşkili prosesinin təkmilləşdirilməsində Maliyyə Nazirliyinin
dəstəklənməsini əhatə edir.

Şəffaflıq və hesabatlılıqla bağlı dördüncü komponent maliyyə
məlumatlarının keyfiyyətini artıracaq. Bu, həm də dövlət
vəsaitlərinin istifadəsi zamanı hesabatlılığın təmin olunmasında
aparıcı rol oynayan Hesablama Palatasına kömək edəcək.

Dəyişikliklərin idarə olunması ilə bağlı beşinci komponent
proqramın icrası boyunca korreksiya prosesini dəstəkləyəcək.

“Bu proqram ölkənin rəhbərliyi altında və beynəlxalq maliyyə
agentlikləri və donorları ilə əməkdaşlıqda icra olunacaq”, — Dünya
Bankından bildiriblər.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.