Azərbaycan iki ölkədən heyvan və quş ətinin idxalını məhudlaşdırıb

0 3

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu
heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan
Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında
dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata
keçirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, ümumdünya Heyvan
Sağlamlığı Təşkilatının məlumatına əsasən, Çin Xalq Respublikasının
Quanqsi-Çjuanq muxtar rayonunda dabaq, İraq Respublikasının Bağdad
əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu
heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq
Respublikasının Quanqsi-Çjuanq muxtar rayonundan diri heyvanların,
heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit
daşınmasına, o cümlədən İraq Respublikasının Bağdad əyalətindən
WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən,
zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya
yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan
quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət
məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən
termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və
quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji
sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla),
quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş
avadanlıqların idxalına, habelə qeyd olunan ölkənin həmin inzibati
ərazi vahidindən diri quşların Azərbaycan Respublikasının
ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çin
Xalq Respublikasından və İraq Respublikasından gələn, yaxud
tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin
görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə
müraciət olunub.

Leave A Reply

Your email address will not be published.