Azərbaycan-İtaliya münasibətləri xüsusi səviyyəyə çatıb — Səfir

0 2

Bakı. Trend:

Bakıda İtaliyanın müstəqilliyinin 76-cı ildönümü münasibətilə
bayram tədbiri keçirilib.

Trend-in
məlumatına görə, İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri
bu hadisənin Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin
qurulmasının 30-cu ildönümünə ilə bir vaxta düşür:

«Artıq 30 ildir ki, ölkələrimiz arasında əlaqələr bütün
sahələrdə sürətlə inkişaf edir. Bu gün bu əlaqələr xüsusi səviyyəyə
çatıb».

Klaudio Taffuri İtaliyanın xarici işlər nazirinin Azərbaycana
səfəri zamanı Bakıda Azərbaycan-İtaliya Universitetinin
yaradılmasına dair iki ölkə arasında strateji sazişin
imzalanmasının humanitar sahədə əlaqələrin inkişafına zəmin
yaratdığını xatırladıb:

«Koronavirus pandemiyası zamanı Azərbaycanın İtaliyaya dəstəyini
də vurğulamaq lazımdır. Bu, ilk növbədə, ölkələrimiz arasında
dostluq və sıx əlaqələrin jestidir».

Qeyd edək ki, bayram tədbiri konsert proqramı ilə başa
çatıb.

Leave A Reply

Your email address will not be published.