Azərbaycan Üzgüçüləri dünya çempionatında güclərini sınayacaqlar

0 6

Bakı. Trend:

Azərbaycan üzgüçüləri Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah
Macarıstanın Budapeşt şəhərində təşkil olunacaq üzgüçülük üzrə
dünya çempionatında çıxışlarına start verirlər.

Bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat
xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə,
iyunun 20-də Ramil Vəlizadə 200 metr batterflyay üsulunda, iyunun
23-də isə Məryəm Şeyxəlizadəxangah 50 metr batterflyay üsulunda
yarışlara start verəcəklər. Bu üsulda hər iki idmançının B
lisenziyası var.

Bu yarışlar öncəsi Azərbaycan üzgüçüləri Ramil Vəlizadə və
Məryəm Şeyxəlizadəxangah və üzgüçülük üzrə milli komandanın baş
məşqçisi Rəşad Əbdürəhmanov Macarıstanın Györ şəhərində Macarıstan
yığması ilə birgə təlim məşq toplanışına qatılıblar. Təlim məşq
toplanışı çərçivəsində idmançılarımız Macarıstan yığması ilə yanaşı
Yeniyetmələrin Avropa Olimpiya Festivalına və Rumıniyada
keçiriləcək Gənclərin Avropa Çempionatına hazırlaşan digər
komandalarla birgə gərgin məşqlərlə öz bacarıqlarını
artırıblar.

Leave A Reply

Your email address will not be published.