Azərbaycan və İran arasında mədəni əlaqələr daha da inkişaf edəcək — Anar Kərimov (FOTO)

0 3

Bakı. Trend:

Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrlə
yanaşı, mədəni əlaqələr daha da inkişaf edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət naziri
Anar Kərimov bu gün (20 iyun) Tehranda İranın mədəniyyət və islami
irşad naziri Məhəmməd Mehdi Esmaili ilə birgə mətbuat konfransında
deyib.

A.Kərimovun sözlərinə görə, mədəni əməkdaşlıqda böyük potensial
var. Bu gün bir çox sahələrdə, xüsusilə, ədəbiyyat, kitab
sərgilərinin keçirilməsi, kino və teatr sahəsində, mədəniyyət
günləri keçirilməsi, mədəni irsin qorunması sahələrində iranlı
həmkarımla müzakirələr aparıldı.

Nazir əlavə edib ki, Azərbaycan və İran iki ölkə arasında
əlaqələrin qurulmasının 30 illiyini qeyd edir.

«İki ölkə arasında dostluq əlaqələri mövcuddur. Bu əlaqələrin
üstünlüyündən istifadə edərək iki ölkə arasında mədəni əməkdaşlıq
inkişaf etdiriləcək. Əzəli torpağımız olan Qarabağın azad
olunmasından sonra mədəniyyətin Qarabağımıza qaytarılması və bu
sahədə İranla əməkdaşlıq üzrə müzakirə apardıq. Xüsusilə də Şuşanın
mədəniyyət paytaxtı olması çərçivəsində İranla Azərbaycanın
müştərək layihələrini müzakirə etdik. Əminəm ki, bu səfər və bu gün
olan faydalı müzakirələrimiz bizim mədəniyyət sahəsində olan
əməkdaşlığımızı gücləndirəcək”, — deyə o qeyd edib.

İranlı həmkarını Azərbaycana dəvət edən nazir qeyd edib ki,
İranın mədəniyyət nazirinin Azərbaycana səfəri çərçivəsində iki
ölkə arasında mədəniyyət sahəsində mübadilə proqramı
imzalanacaq.

Leave A Reply

Your email address will not be published.