Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
5 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793 015 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 165
nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə
sayı 134 nəfərdir.
Ölkədə son sutka ərzində 1 490, hazırkı dövrədək isə 6 940 145
test aparılıb.