Azərbaycanda həftəsonu yol qəzalarında 8 nəfər ölüb

0 3

Bakı. Trend:

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri
nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilib
ki, iyunun 18-19-da respublikanın avtomobil yollarında ölümlə
nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 8 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Leave A Reply

Your email address will not be published.