Azərbaycanda narkotiklərə görə saxlanılan xarici vətəndaşların sayı məlum olub

0 7

Bakı. Trend:

Bu il yanvar-may ayları ərzində Azərbaycanda narkotiklərə görə
saxlanılan xarici vətəndaşların sayı açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi
Qrupundan Trend-ə bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi
ilə bağlı cinayət məsuliyyətinə 3065 nəfər cəlb edilib.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 56 nəfəri xarici
ölkə vətəndaşıdır.

Onların 20 – si İran İslam Respublikası, 17-si Rusiya
Federasiyası, 8-i Türkiyə, 7-si Gürcüstan, 3-ü Ukrayna, 1-i
Türkmənistan vətəndaşı olub.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 595 kq 197,906 qr
müxtəlif növ narkotik vasitə, 532 kq 661,812 qr və 925 həb
psixotrop maddələr və 1,125 qr güclü təsir edən maddə, 4 kq 865 qr
(52 ədəd) çətənə bitkiləri götürülüb.

Leave A Reply

Your email address will not be published.