Bakı. Trend:
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qeydiyyatda olan
narkotik istifadəçilərinin sayı açıqlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi
Qrupundan Trend-ə bildirilib ki, son 5 ay ərzində Daxili İşlər
Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının
müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji
Mərkəzinə 33 893 nəfər istiqamətləndirilib.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə
tibbi müayinədən keçirilən 1 367 nəfərindən 974-nün istifadəçi
olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi
təmin edilib.