Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı, bəzi tələblər ləğv edildi

0 6

Bakı. Trend:

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin
uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı
əlavə tədbirlər haqqında” qərar verib.

Trend xəbər verir ki, qərara əsasən, koronavirus (COVID-19)
infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi
fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının
ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr
saat 06:00-dək uzadılıb.

Qərarla, həmçinin, 2022-ci il iyunun 21-dən etibarən xüsusi
karantin rejimi ilə
bağlı aşağıdakı məhdudiyyətlər ləğv edilir:

– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda
və digər
yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba,
uşaqlar və bacı-qardaşlar
istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan
olunması tələbi;

– şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı
məlumatların
“icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik
mərasiminin sahibi və şənlik
mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət
barədə imzalanan
iltizamnamə tələbi.

Leave A Reply

Your email address will not be published.