Azərbaycanın 2022-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri artırılır

0 2

Bakı. Trend:

Azərbaycanın 2022-ci ildə müdafiə və milli təhlükəsizlik
xərcləri artırılır.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının
2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikdə öz əksini
tapıb.

Dəyişikliyə əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 4
489 892 429 manatdan 5 084 759 665 manata çatdırılır. Bu vəsaitdən
müdafiə qüvvələri üçün 2 164 704 591 manat, milli təhlükəsizlik
üçün 295 006 782, sərhəd xidməti üçün 433 205 951 manat, müdafiə və
milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 4 680 977,
müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər
fəaliyyətlər üçün 2 187 161 364 manat ayrılacaq.

Müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər
fəaliyyətlər üçün ayrılacaq 2 187 161 364 manat vəsaitdən xüsusi
müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 2 180 442
500 manat yönəldiləcək.

Leave A Reply

Your email address will not be published.