Azərbaycanın sərbəst güləş üzrə komandası Avropa çempionatının qalibi olub

0 2

Bakı, 19 iyun, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sərbəst güləş üzrə milli komandamız qitə birinciliyində tarixi uğura imza atıb. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Buxarestə yollanan 10 idmançıdan 9-u fəxri kürsüyə qalxıb. Belə ki, 6 qızıl, 1 gümüş və 2 bürünc medalla Avropa çempionatında aşkar üstünlük əldə edən yığmamız 210 xal toplayaraq komanda hesabında Avropa çempionu adını qazanıb. Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 74 xal qabaqlayıb. Gürcüstan isə 118 xalla 3-cü yeri tutub.

Belə ki, yığmamız birdən-birə 2 rekordunu yeniləyib. “Sərbəstlər” U-17 Avropa çempionatları tarixində medalların əyarına və komanda hesabında toplanan xallara görə ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, qitə birinciliyində Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağa Qasımov (60 kq) ikinci, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə üçüncü yeri tutublar.

AZERTAG.AZ :Azərbaycanın sərbəst güləş üzrə komandası Avropa çempionatının qalibi olub

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.