Azad edilmiş ərazilərdə bu il 18 layihənin və 5 avtomobil yolunun başa çatdırılması nəzərdə tutulur

0 6

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitlər hesabına
2022-ci ildə 18 layihənin və 5 avtomobil yolunun başa çatdırılması
nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə
iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, bölüşdürülməmiş xərclərin bir hissəsinə yenidən
baxılan zaman qurumlar üzrə bölgüsü də dəyişir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması
və bərpası üçün bu il dövlət büdcəsindən əlavə olaraq 470 milyon
manat vəsaitin ayrılması təklif edilir.

Bundan əvvəl “Azərbaycan Respublikasının 2022-ci il dövlət
büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən
qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait
ayrılması nəzərdə tutulmuşdu.

Leave A Reply

Your email address will not be published.