“AZAL” Bakıdan Antalyaya uçuşların sayını artıracaq

0 7

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkəti 2022-ci ilin yay mövsümü
çərçivəsində Bakı-Antalya-Bakı istiqaməti üzrə uçuşların sayını
artırır.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2 iyul
tarixindən etibarən aviadaşıyıcı bu marşrut üzrə həftənin bazar
ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günlərində yerinə
yetiriləcək əlavə reysləri (J2- 027/028) daxil edir.

Əlavə reyslər nəzərə alınmaqla bu istiqamət üzrə uçuşların sayı
həftədə 19-dək artacaqdır.

Qeyd edilən marşrut üzrə əlavə reyslərin daxil edilməsi ilə
əlaqədar, “Azərbaycan Hava Yolları” tərəfindən J2- 125/126 nömrəli
reyslərin uçuş və gəliş vaxtlarında dəyişiklik edilmişdir.

Bakıdan Antalyaya reyslərin uçuşu saat 14:30-da (bazar ertəsi və
cümə günləri) və 15:20-də (çərşənbə axşamı, çərşənbə və şənbə
günləri) həyata keçiriləcək.

Antalyadan Bakıya reyslərin gəlişi saat 17:25-də (bazar ertəsi),
18:20-də (çərşənbə axşamı və çərşənbə günləri), 17:30-da (cümə
günləri) və 18:30-da (şənbə günləri) həyata keçiriləcək.

“AZAL”ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi
www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş
agentliklərində rəsmiləşdirmək mümkündür.

Bu uçuşlara, qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə
olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən
sərnişinlər qəbul ediləcək.

Türkiyəyə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan
əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı
keçid vasitəsilə tanış olmaq tövsiyə olunur:
https://www.azal.az/az/information/covid-turkey.

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid
vasitəsilə ətraflı tanış olmaq olar:
https://www.azal.az/az/information/covid-azerbaijan.

Leave A Reply

Your email address will not be published.