Azercell məhsulları artıq Azərpoçt məntəqələrində! (R)

0 2

Bakı. Trend:

Azərpoçt-un Bakı və Abşeron məntəqələrində təqdim
edilən Azercell xidmətləri yaxın gələcəkdə bütün şöbələrdə mümkün
olacaq.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik”
strateji məqsədinə sadiq qalan ölkənin lider mobil operatoru
“Azercell Telekom” abunəçiləri üçün rahat bağlantını təmin etmək
məqsədilə mobil operatorlar arasında ilk dəfə olaraq “Azərpoçt”
Məhdud Məsuliyyətli Cəmiyyət ilə yeni formatda əməkdaşlığa
başlayır. Belə ki, hazırda Bakı və Abşeron üzrə “Azərpoçt”
məntəqələrində Azercell-in ödəmə kartları və digər xidmətlərinin
göstərilməsi artıq təmin olunub. Xidmətlərin gələcəkdə bütün ölkəni
əhatə etməsi nəzərdə tutulur. Qeyd edək ki, həmin məntəqələrdə
xüsusi təlim keçmiş “Azərpoçt” əməkdaşları abunəçilərin Azercell
xidmətləri ilə bağlı suallarını cavablandıracaq, bir çox müştəri
əməliyyatlarını həyata keçirə biləcəklər.

Paytaxt və bölgələr boyu fəaliyyət göstərən Azercell Müştəri
Xidmətləri Mərkəzləri, Azercell Eksklüziv ofisləri, və Azercell-in
rəsmi diler məntəqələrində abunəçilər üçün mümkün olan xidmət
çeşidləri yaxın zamanda Azərpoçt məntəqələri vasitəsilə də
vətəndaşlara təqdim ediləcək.

Xatırladaq ki, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə
ənənəvi poçt xidmətləri, bank, sığorta və s. kimi qeyri-ənənəvi
xidmətlər, elektron ödənişlər, depozitlər və s kimi maliyyə
xidmətləri, eləcə də, elektron hökumət və biznes xidmətlərini
təqdim edir. Ölkəmizin ən qədim rabitə qurumu olan Azərpoçt ilə
ölkənin aparıcı mobil rabitə operatoru “Azercell Telekom”-un
əməkdaşlığı hər iki təşkilat üçün əhaliyə daha rahat və keyfiyyətli
xidmət göstərməyə imkan yaradacaq.

Leave A Reply

Your email address will not be published.