Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Əvəz Şıxməmmədovun
(Hafizli) qətlə yetirilməsində təqsirləndirilən Əmrulla Güləliyevin
cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatın görə, təqsirləndirilən şəxs məhkəməyə
gətirilməyib, o saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn
qaydada məhkəmə iclasına qoşulub.
Bu cinayət işi üzrə araşdırmalar iyulun 4-də davam edəcək.
Xatırladaq ki, Əvəz Şıxməmmədov fevralın 22-də Bakının Balaxanı
qəsəbəsində, yaşadığı evin həyətində bıçaqla qətlə yetirilib.
Cinayəti törətməkdə təqsirləndirilən Əmrulla Güləliyev hadisənin
mübahisə zəminində baş verdiyini bildirib. O CM-in 120.1 (qəsdən
adam öldürmə) maddəsilə ittiham olunur.