Bakıda elektrik xətti dirəyinin hasarlanmasının qarşısı alınıb (FOTO/VİDEO)

0 7

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti
Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması
istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam
etdirir.

FHN-dən Trend-ə bildirilib ki, Bakı şəhəri, Nizami rayonu,
M.Abbasov küçəsi, 24 ünvanında yerləşən “Madonna” şadlıq sarayının
bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin
dirəyinin hasara alınması barədə Dövlət Yanğın Nəzarəti Xidmətinə
(Xidmət) məlumat daxil olub.

Məlumatla əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən əraziyə
baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək
gərginlikli hava elektrik xəttinin dirəyinin “Madonna” şadlıq
sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi,
bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun
mövcudluğu öz təsdiqini tapıb.

Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən dərhal aidyyəti
üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan
qaldırılması təmin olunub.

Leave A Reply

Your email address will not be published.