Bakıda polis əməkdaşı ehtiyatsızlıqdan xəsarət alıb

0 8

Bakı. Trend:

Bakıda polis əməkdaşı ehtiyatsızlıqdan xəsarət alıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün
səhər saat 06 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı
Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə
ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət
alıb.

O, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə
verilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün
təhlükə yoxdur.

Leave A Reply

Your email address will not be published.