Bir neçə küçə və prospektdə sıxlıq var, avtobuslar gecikir (FOTO)

0 4

Bakı. Trend:

Bu gün səhər pik saatlarında paytaxtın Moskva
prospektində-Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar
dairəsinə qədər-əsas və kənar yolda nəqliyyat vasitələrinin
hərəkətində sıxlıq müşahidə olunduğundan həmin ərazidən keçən 2,
7A, 13, 18, 14, 37, 65, 67, 83, 92, 119, 135 və 199 nömrəli
müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında
gecikmələr müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Vahid
Dispetçer Xidmətinin məlumatına əsasən qeyd olunan marşrut xətləri
üzrə ümumilikdə 15-20 avtobus 18-22 dəqiqə gecikmə ilə hərəkət
edirlər.

A.Puşkin küçəsi Muğan bağının qarşısından, Üzeyir Hacıbəyov
küçəsi ilə kəsişməyə qədər də müşahidə olunan nəqliyyat sıxlığı
səbəbindən 1, 4, 5, 46, 125 və175 nömrəli müntəzəm marşrut xəttləri
üzrə avtobuslararası hərəkət intervallarında 15-16 dəqiqə gecikmə
müşahidə olunur. 13-15 ədəd avtobus sıxlıqda qalıb.

Leave A Reply

Your email address will not be published.