BMT-nin Əhali Fondunun ölkə direktoru ilə görüş olub (FOTO)

0 7

Bakı. Trend:

Əmək və Əhaliniin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali
Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə
direktoru Hassan Mohtaşami ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə
demoqrafik vəziyyət, əhalinin sabit artımı tempi barədə məlumat
verib. Son illər Nazirliklə BMT Əhali Fondu arasında əməkdaşlıq
gündəliyinin yeni birgə layihələr əsasında xeyli genişləndiyini
diqqətə çatdırıb.

Nazir əməkdaşlıq çərçivəsində ölkəmizdə üzünmüddətli əhali
proqnozlarının hazırlanması və proqnozlaşdırma sisteminin
yaradılmasının, bu sahədə kadr potensialının gücləndirilməsi üçün
hazırda da davam edən işlərin mühüm önəmini vurğulayıb.

S.Babayev birgə icra olunan “Bütün yaşlar üçün cəmiyyətin
qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının
təşviq edilməsi” layihəsini qeyd edib. Layihənin mühüm uğurlarından
biri kimi, BMT Avropa üzrə İqtisadi Komissiyasının ötən il Siyasi
İcmal buraxılışında Azərbaycanın fəal yaşlanma sahəsində müsbət
təcrübə nümunəsi olan ölkələrdən biri kimi təqdim edildiyini
bildirib.

Layihə çərçivəsində Azərbaycan üçün hazırlanmış Fəal Yaşlanma
indeksinin fəal və sağlam yaşlanma potensialının qiymətləndirilməsi
və bu sahədə siyasətin təkmilləşdirilməsində əhəmiyyəti
vurğulanıb.

İqtisadiyyatın yaş və ya nəsillərarası aspektinin milli
səviyyədə qiymətləndirilməsi üçün BMT-nin Əhali Fondu ilə birgə
icra olunan “Milli Transfer Hesabları” layihəsindən də bəhs
olunub.

H.Mohtaşami əməkdaşlığın bütün istiqamətlərində müsbət
nəticələrin olmasının məmnunluq doğurduğunu vurğulayıb.

Görüşdə demoqrafik proseslər və əhali inkişafının
proqnozlaşdırılması, doğulanlar arasında cins nisbətinin
pozulmasının qarşısının alınması, aktiv yaşlanma sahəsində birgə
fəaliyyətin davam etdirilməsi və s. məsələlərə dair fikir
mübadiləsi aparılıb.

Leave A Reply

Your email address will not be published.