bp «Şahdəniz»də parnik qazı tullantılarını azaldacaq

0 2

Bakı. Trend:

SOCAR-KBR birgə müəssisəsi «BP Exploration» şirkəti ilə
«Şahdəniz Alfa» platforması üçün ilkin mühəndis layihələndirməsi,
əsaslı təmir və tenderlərin müşayiəti üzrə xidmətlərlə bağlı
müqavilə imzalayıb.

Trend bu barədə
KBR-ə istinadən məlumat verir.

Qeyd olunur ki, bu layihə platformada parnik qazı tullantılarını
azaldacaq və etibarlı, uzunmüddətli və əlçatan elektrik təchizatı
təmin etməklə işin səmərəliliyini yüksəldəcək. SOCAR-KBR «Şahdəniz
Alfa» platformasında beş əsas generatorun istismardan çıxarılması
üçün ilkin layihələndirmə xidmətləri ilə bağlı məsuliyyət
daşıyacaq. Daha sonra onlar «Şahdəniz Bravo» platformasından sualtı
kabellər və ehtiya generator vasitəsilə enerji mənbəyi
yaradacaq.

Bu layihə KBR-in London ofisi tərəfindən mütəxəssis dəstəyi ilə
SOCAR-KBR-in Bakı ofisi tərəfindən reallaşdırılacaq

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.