Brüsseldə etirazl səbəbindən büqtün sərnişin reysləri ləğv edib

0 3

Bakı. Trend:

Belçika həmkarlar ittifaqlarının təşkil etdiyi tətillər və
etirazlar səbəbindən Brüssel Hava Limanı iyunun 20-nə
planlaşdırılan bütün sərnişin reyslərini ləğv edib.

Trend xəbər
verir ki, bu barədə «Reuters» agentliyi məlumat yayıb.

“Sərnişinləri hava limanına gəlməməyə, reysi daha gec tarixə
keçirməyə çağırırıq. Yalnız gələn reyslər, eləcə də yük
təyyarələrinin uçuşları həyata keçirilir”, — deyə hava limanından
bildirilib.

İyunun 20-də Belçika həmkarlar ittifaqları on minlərlə
tərəfdarını qiymətlərin artması və ölkə sakinlərinin alıcılıq
qabiliyyətinin aşağı düşməsi ilə bağlı etiraz aksiyalarına
çıxaracaq. Ölkə həm də nəqliyyatın işində problemlər yaranıb.

Leave A Reply

Your email address will not be published.