Bu il Azərbaycanda ən çox ixrac əməliyyatları apreldə aparılıb

0 2

Bakı, 20 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycanda ən çox ixrac əməliyyatları apreldə aparılıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, beş ayda ixrac əməliyyatlarının ən yüksək göstəricisi aprel, ən aşağı göstəricisi isə martda qeydə alınıb. Belə ki, apreldə ixrac əməliyyatları 3 milyard 842,4 milyon ABŞ dolları, martda isə 2 milyard 13,2 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin dörd ayında ölkədə ixracın dəyəri 15 milyard 416,5 milyon dollar olub.

AZERTAG.AZ :Bu il Azərbaycanda ən çox ixrac əməliyyatları apreldə aparılıb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.