Bu il ÜDM ötən illə müqayisədə 7,2 faiz artıb – Nazir müavini

0 6

Bakı. Trend:

Pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması və
kompleks dövlət dəstəyi tədbirləri iqtisadi aktivliyin bərpasına və
daha da yüksəlməsinə gətirib çıxarıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə
iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

O qeyd edib ki, nəticədə cari ilin yanvar-may aylarında, əvvəlki
ilin müvafiq dövrünə nisbətən ÜDM 7,2%, qeyri-neft sektorunda 11%,
neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 0,5% artıb.

“İqtisadiyyatın bütün sahələrində artım qeydə alınıb, bəzi
sahələrdə isə artım templəri əhəmiyyətli dərəcədə yüksək olub.
Qeyri-neft qaz sektorunun inkişafına əhəmiyyətli töhfə nəqliyyat və
anbar təsərrüfatı, qeyri-neft qaz sənayesi, turizm və ictimai-iaşə
sahələrində olub. 2022-ci ilin yanvar-may aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən 5 milyard manata yaxın vəsait xərclənib. 2022-ci ilin
5 ayında orta illik inflyasiya 2021-ci ilin eyni dövrü ilə müvafiq
inflyasiya göstəricisini 8,4 faiz bəndi üstələyərək 12,6 % təşkil
edib”.

Leave A Reply

Your email address will not be published.