Bakı. Trend:
Bu ilin 5 ayında dövlət büdcəsinin gəlirləri 12,442 milyad manat
və 110,8% icra edilib.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi
haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə
2,707 milyard manat və ya təxminən 28% çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 6,353 milyon manatı qeyri-neft
sektorunun payına düşməklə, ötən ilin eyni dövrü ilə müqayisədə
1,592 milyard manat və 33,4% çoxdur.