Bu ilin sonuna qədər Azərbaycan iqtisadiyyatında artım proqnozları açıqlanıb

0 2

Bakı. Trend:

Bu ilin sonuna ümumi daxili məhsulun nominal ifadədə (ÜDM) 115,4
milyard manata, real artım sürətinin 5,5 faizə, o cümlədən
qeyri-neft ÜDM-nin nominal ifadədə 65,7 milyard manata qədər
artacağı proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi
haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, həmin dövr ərzində orta illik inflyasiya 12,5
faiz səviyyəsində proqnozlaşdırılır.

Leave A Reply

Your email address will not be published.