Büdcəə yenidən baxılmasını şərtləndirən amillər açıqlanıb

0 4

Bakı. Trend:

Dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amillər və
makroiqtisadi proqnoz göstəriciləri açıqlanıb.

Trend-in məlumatına görə, 2022-ci ilin dövlət büdcəsində neft
gəlirlərinin təsdiq olunmuş göstəricidən 2040,0 milyon manat,
qeyri-neft gəlirlərinin isə 1534,3 milyon manat artıq olacağı və
ümumilikdə dövlət büdcəsinə 3574,3 milyon manat əlavə vəsaitin
daxil olacağı proqnozlaşdırılır.

2022-ci il ərzində dövlətin müdafiə və təhlükəsizliyinin daha da
gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və
yenidənqurma işlərinin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin
təmin edilməsi kimi bir sıra zəruri tədbirlər dövlət büdcəsi
qarşısında 2985,7milyon manat həcmində maliyyə tələbatını
formalaşdırır. Həmin tələbatın dövlət büdcəsinin əlavə gəlirləri və
mövcud ehtiyatları hesabına maliyyələşdirilməsi “Büdcə sistemi
haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun
olaraq, dövlət büdcəsinə yenidən baxılması zərurətini yaradır.

Dövlət büdcəsinə yenidən baxılmaqla, yuxarıda qeyd olunan xərc
tələbatının Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28
mart tarixli 1637 nömrəli Fərmanına əsasən büdcə qaydasının hədəf
göstəriciləri (icmal büdcənin qeyri-neft baza kəsiri və dövlət
borcu) üzrə müəyyən edilmiş yuxarı hədlərə riayət edilməklə
aşağıdakı qaydada maliyyələşdirilməsi nəzərdə tutulur:

– Əlavə qeyri-neft gəlirləri hesabına – 1351,1 milyon manat;
– Əlavə neft gəlirləri hesabına – 847,5 milyon manat;
– Dövlət büdcəsində yerdəyişmələrin aparılması hesabına (Dövlət
Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə
dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan
vəsaitin artırılması və digər xərclərin tənzimlənməsi) – 560,8
milyon manat;

– Qeyri neft gəlirlərinə aid olan “Avtomobil Yolları” Məqsədli
Büdcə Fondunun 2022-ci ilin əvvəlinə qalığı hesabına 181,0 milyon
manat və “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”nun qalığı
hesabına 2,3 milyon manat;
– Dövlət büdcəsinin genişlənmiş kəsirinin maliyyələşmə mənbəyi kimi
daxili borclanma hesabına – 43,0 milyon manat.

Bununla yanaşı, Dövlət Neft Fondundan dövlət büdcəsinə
transfertin 1192,5 milyon manat məbləğində olan hissəsi dövlət
büdcəsinin əlavə neft gəlirləri hesabına əvəzləşdirilir və
transfert müvafiq həcmdə azaldılılır ki, bu da Dövlət Neft Fondunun
aktivlərinin daha da artımını şərtləndirəcəkdir.

Dövlət büdcəsinə yenidən baxılması ilə artırılacaq büdcə
xərclərinin əhəmiyyətli hissəsinin investisiya yönümlü xərclərin
təşkil etdiyini və bu xərclərin iqtisadi artıma təsirini nəzərə
alaraq, qeyri-neft ÜDM-in real artım tempinin 5,5 faizə, ÜDM-nin
115,4 milyard manata o cümlədən, qeyri-neft ÜDM-in 65,7 milyard
manata qədər artacağı gözlənilir. Orta illik inflyasiyanın 12,5
faiz olacağı proqnozlaşdırılır.

Leave A Reply

Your email address will not be published.