Cəbrayılda minaya düşən ANAMA-nın əməkdaşları evə buraxılıb

0 4

Bakı. Trend:

Mina hadisəsindən sonra profilaktik müayinədən keçirilən
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları evə
buraxılıb.

Bu barədə Trend-ə ANAMA-nın Mətbuat Xidmətindən məlumat
verilib.

Bildirilib ki, 2022-ci il 17 iyun tarixində Cəbrayıl rayonu
ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan bir neçə
ANAMA əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq
profilaktika məqsədilə həkim müayinəsindən keçirilib, onlara
psixoloji dəstək göstərilib.

Belə ki, Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilən
Quliyev Ələsgər Asif oğlu və Cəbrayıllı Fərid Zakir oğlu, eləcə də
Bakı şəhər Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən Mustafayev
Mahir Hüsaməddin oğlu və Gözəlov Samir Arif oğlu bütün zəruri tibbi
müayinələrdən keçirilərək evə buraxılıblar. Həkim nəzarətindən
keçən hər bir əməkdaşın vəziyyəti qənaətbəxşdir.

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin
yaradılmasında iştirak edən əməkdaşların sağlıq vəziyyəti hər zaman
ANAMA-nın diqqət mərkəzindədir.

Leave A Reply

Your email address will not be published.