Çexiyada meteoroloji müşahidələr tarixində görünməmiş istilər qeydə alınıb

0 2

Bakı. Trend:

Çexiyada təxminən üç yüz illik meteoroloji müşahidələr ərzində
ən yüksək hava temperaturu bazar günü qeydə alınıb — 39 dərəcə.

Trend xəbər
verir ki, bu barədə bazar ertəsi Çexiya Hidrometeorologiya
İnstitutu məlumat yayıb.

Praqa yaxınlığındakı Rjej qəsəbəsində hava 39 dərəcəyə qədər
isinib. Çexiyanın paytaxtında termometrin civə sütunu 36,9 dərəcəyə
qalxıb ki, bu da rekord göstərici olub.

Ölkədə istilər, meteoroloqların məlumatına görə, yaxın günlərdə
də davam edəcək. Sinoptiklər respublikada quraqlıq təhlükəsi barədə
xəbərdarlıq edir.

Leave A Reply

Your email address will not be published.