DİM ümumtəhsil müəssisələrinə müraciət edib

0 4

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) ümumtəhsil müəssisələrinə müraciət
edib.

DİM-dən Trend-ə daxil olan müraciətdə deyilir:

“14 iyun 2022-ci il tarixində ümumtəhsil müəssisələrində tədris
ilinin başa çatması ilə əlaqədar Dövlət İmtahan Mərkəzi tərəfindən
IX və XI sinif məzunlarının yekun attestasiyasının aparılması
prosesinə başlanılmışdır.

Məlumdur ki, yekun attestasiyanın nəticələri Mərkəz tərəfindən
“Şagird-məzun” sistemində elektron təhsil sənədinə yazılır, şagirdə
və təhsil müəssisəsinə təqdim edilir. Elektron təhsil sənədi dövlət
nümunəli sənədin verilməsi üçün əsasdır.

Yekun attestasiyanın aparılması üçün ümumtəhsil müəssisələri
məzunlarının illik qiymətləri məktəb əlaqələndiriciləri tərəfindən
“Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməlidir.
Ümumtəhsil müəssisələrindən xahiş olunur ki, illik qiymətləri
yazılmayan və yaxud təsdiq edilməyən məzunların müvafiq
məlumatlarının sistemə daxil edilərək təsdiq edilməsini qısa müddət
ərzində təmin etsinlər”.

Leave A Reply

Your email address will not be published.