DOST xidmətlərinin əhatəsi ilin sonuna kimi genişləndiriləcək

0 6

Bakı. Trend:

DOST mərkəzlərində xidmətlərlə ölkə əhalisinin 25 faizi əhatə
olunub və ilin sonuna qədər 30 faizdən çoxu insanın yararlanması
gözlənilir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayev deyib.

O bildirib ki, DOST Agentliyi inzibati idarəetmə baxımından yeni
mərhələyə keçiddir. “Bu gün DOST mərkəzlərinin xidmətlərindən
məmnunluq səviyyəsi 98 faizdir. DOST şəbəkəsi bütün ölkəyə
yayıldıqca bu məmnunluq səviyyəsini qorumaq niyyətindəyik. Bu ildən
regionlarda DOST mərkəzləri fəaliyyətə başlayacaq. Bu günə qədər
DOST mərkəzlərində 1 milyona yaxın vətəndaşa xidmət göstərilib.

Bu il elektron xidmətlərdən 65 milyon insan yararlanıb və ilin
sonuna qədər 200 milyon insanın istifadə edəcəyi proqnozlaşdırılır
və bu, ötən illə müqayisədə çoxdur”,- nazir deyib.

Leave A Reply

Your email address will not be published.