Dövlət büdcəsində artırılacaq vəsaitin hansı istiqamətlərdə xərclənəcəyi açıqlanıb

0 5

Bakı. Trend:

Azərbaycanın 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik
nəticəsində formalaşacaq 2 milyard 986 milyon manat vəsaitin hansı
istiqamətlərdə xərclənəcəyi açıqlanıb.

Trend-in məlumatına görə, maliyyə naziri Samir Şərifov Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi
haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib ki, bu
vəsaitin əsasən aşağıdakı prioritet vəzifələrin maliyyə təminatına
yönəldilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə yol
infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin
ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya
infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin
maliyyələşdirilməsinə 1 milyard 447 milyon manat, Vətən müharibəsi
zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və
qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması və digər
yaşayış məntəqələri üzrə tədbirlərin maliyyələşdirilməsinə 34
milyon manat, müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da
artırılması, milli təhlükəsizlik sahəsində tədbirlərin
maliyyələşdirilməsi üzrə 588 milyon manat, sosial müdafiə
sahəsində, o cümlədən cari il ərzində götürülən sosial
öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardımların, əmək haqqı
və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsinə 519
milyon manat, ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin
edilməsinə 193 milyon manat, sahibkarlığın inkişafı ilə bağlı
tədbirlərin dəstəklənməsinə 163 milyon manat, bir sıra zəruri
kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üzrə 42 milyon
manat ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci ilin yenidən baxılmış dövlət büdcəsinin
xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulur.
Bu, təsdiq olunmuş büdcədən 2 milyard 425 milyon manat və ya 8,1
faiz çoxdur.

Leave A Reply

Your email address will not be published.