Dünyada koronavirusa yoluxma hallarında artım qeydə alınıb

0 4

Bakı. Trend:

Bu həftə dünyada koronavirusa yeni yoluxma hallarının sayı 3,4
milyonu ötüb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 300 min
nəfər çoxdur.

Trend «TASS»a
istinadla xəbər verir ki, yoluxanların sayı may ayının sonundan
bəri ilk dəfə olaraq artıb.

Bununla belə, ölüm nisbəti azalmaqda davam edir. Yeddi gündə 8,7
min insan COVID-19 səbəbiylə həyatını itirib, bu da keçən həftə ilə
müqayisədə 900 nəfər azdır və 2020-ci ilin yazından bəri yeni
minimumdur.

Leave A Reply

Your email address will not be published.