DYP yükdaşıma fəaliyyəti ilə məşğul olanlara müraciət edib

0 8

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yükdaşıma fəaliyyəti ilə
məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

Qurumdan Trend-ə daxil olan müraciətdə deyilir:

“Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması
hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə
xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi
sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi
hallarına hələ də rast gəlinir. Qeyd olunanlar, habelə yay
mövsümündə ağırçəkili avtomobillərin hərəkəti nəticəsində asfalt
örtüklü yolların deformasiyaya uğrama ehtimalının artması nəzərə
alınaraq, belə halların qarşısının alınması məqsədilə DİN-in Baş
DYP İdarəsi yük daşımaları ilə məşğul olan hüquqi və fiziki
şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq
istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq
qərarı ilə müəyyən edilmiş, aşağıda göstərilən kütlə hədlərindən
artıq olmamalı və mümkün qədər günün nisbətən sərin vaxtlarında
daşınmalıdır.

Yük avtomobilləri

  • ikioxlu avtomobil üçün

18 t

  • üçoxlu avtomobil üçün

25 t

  • aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı
    ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün

26 t

  • dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən
    ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan
    avtomobil

32 t

Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini
təşkil edən nəqliyyat vasitələri

18 t

24 t

Kombinə edilmiş nəqliyyat vasitələri

Yəhərli avtoqatarlar üçün:

  • ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları
    arasında məsafəsi 1,3 və ya daha çox, lakin 1,8 m-dən çox
    olmayan

36 t

  • ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları
    arasında məsafəsi 1,8-dən çox olduqda

38 t

  • ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə

40 t

  • üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə

40 t

  • üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə

40 t

  • üçoxlu dartıcı ikioxlu və ya üçoxlu yarımqoşqu ilə uzunluğu
    12,192 m, eni 2,438 m, hündürlüyü 2,438 m və ya 2,591 m, yaxud
    2,896 m olan

konteynerin (40 futluq konteyner) daşınması zamanı

44 t

Qoşqulu avtoqatarlar üçün:

  • ikioxlu yük avtomobili ikioxlu qoşqu ilə

36 t

  • ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə

42 t

  • üçoxlu yük avtomobili ikioxlu qoşqu ilə

42 t

  • üçoxlu yük avtomobili üçoxlu qoşqu ilə

44 t

  • üçoxlu yük avtomobili dördoxlu qoşqu ilə

44 t

Avtobuslar

18 t

24 t

  • üçoxlu şarnirlə birləşdirilmiş üçün

28 t

  • dördoxlu şarnirlə birləşdirilmiş üçün

28 t

Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən
vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud
qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük
parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin
avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki
şəхslər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və
yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə
yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz
manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min
manatadək məbləğdə cərimə ediləcəklər.”

Leave A Reply

Your email address will not be published.